Bakı 23˚C Windy

“Rolls-Royce” Rusiyaya avtomobil ixracını dayandırıb

Biznes 17:45 05 mar, 2022

“Biz mövcud vəziyyəti və işgüzar fəaliyyətimiz üçün mümkün olan sonrakı fəsadları dəyərləndiririk”

“Rolls-Royce” Rusiyaya avtomobil ixracını dayandırıb

“Rolls-Royce Motor Cars” şirkəti Rusiyaya avtomobil ixracını dayandırıb.

Qazet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, şirkətin sözçüsü bu addımı regiondakı vəziyyətin qeyri-müəyyən olması ilə əlaqələndirib: “Biz mövcud vəziyyəti və işgüzar fəaliyyətimiz üçün mümkün olan sonrakı fəsadları dəyərləndiririk”.

Qeyd edək ki, Böyük Britaniyanın Rusiyaya ixracında əsas pay avtomobillərə düşür. Eyni zamanda, ötən il “Rolls-Royce” luks avtomobillərinin Avropadakı ən böyük satış bazarı məhz Rusiya olub. Belə ki, bu brendin həmin ölkədəki satışları ilk dəfə 300-ü keçib.