Bakı 14˚C Dreary

Roma Papası kilsələrdə minlərlə uşağın cinsi istismara məruz qalmasına münasibət bildirib

Gündəm 12:55 06 okt, 2021

Müqəddəs Taxt-tacın mətbuat xidmətinin rəhbəri açıqlama verib

Roma Papası kilsələrdə minlərlə uşağın cinsi istismara məruz qalmasına münasibət bildirib

Roma Papası Fransisk kilsədə cinsi təcavüzü araşdıran müstəqil komissiyanın yaydığı hesabata münasibət bildirib.

Qazet.az xəbər verir ki, kilsələrdə uşaqların cinsi istismarını araşdırmaq üçün 2018-ci ildə yaradılan müstəqil komissiyanın hesabatına əsasən, Fransada kilsələrdə 1950-ci ildən 2020-ci ilə qədər 216 min uşaq cinsi istismara məruz qalıb.

Roma Papası Fransisk Katolik Kilsəsindəki pedofiliya ilə bağlı hesabatın məzmunundan dərin mənəvi əzab keçirdiyini vurğulayıb.

Bu barədə Müqəddəs Taxt-tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni açıqlama verib.

Xatırladaq ki, 1950-ci ildən bəri Fransa Katolik Kilsəsində 2900-3200 arasında pedofil keşiş və ya kilsənin digər üzvlərinin fəaliyyət göstərdiyini aşkarlanıb.

2500 səhifəlik hesabatda həm cinayətkarların sayı, həm də qurbanların sayı əks olunub.