Bakı 8˚C Intermittent clouds

Romada Ərdoğan və Baydenin görüşü başlayıb

Gündəm 16:01 31 okt, 2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Bayden arasında görüş başlayıb

Romada Ərdoğan və Baydenin görüşü başlayıb

Romada keçirilən G20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Bayden arasında görüş başlayıb.

Qazet.az Trend-ə istinadən bildirir ki, son dəfə Türkiyə və ABŞ liderləri iyun ayında Brüsseldə keçirilən NATO sammiti çərçivəsində görüşüblər.

Xatırladaq ki, daha əvvəl T.Ərdoğan danışıqların əsas mövzusunun Türkiyənin F-35 qırıcı təyyarələrinin hazırlanması proqramında iştirakı olacağını bildirib.