Romantik münasibətlər üçün pis zaman deyil - ULDUZ FALI
Əgər təklifi qəbul etsəniz...
Qoç - yetərincə mürəkkəb və çətin gündür. Başqasının problemlərini ürəyinizə salmayın. Çətinliyə düşmüş insanlara yardım etmək istəyiniz təqdirə layiqdir. Amma məşəqqətlə üzləşmiş insanların hamısına kömək etmək mümkün deyil. İmkan və qüvvələrinizi dürüst hesablayın. Bacara bilməyəcəyiniz işlərə başlamayın. Mənasız vədlərə və irreal öhdəliklərə aludə olmayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə harmoniya yaradın.
Axşam saatları həmkarlar və peşəkar maraqlarınızı paylaşan insanlarla qeyri-formal görüşlər üçün əlverişlidir.
Buğa - günün ilk yarısı münasib və əlverişli zamandır. Kommersiya fəaliyyəti ilə məşğul olmaq mümkündür. Maliyyə məsələlərini həll edin. Pulla bağlı məqamlarda diqqətli olun. Alış-verişdə sayıq davranın. Sərmayələr gəlir gətirəcək.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə fikir ayrılıqları yarana bilər. Axşam saatlarına qədər təmaslarda harmoniyanın bərpa olmasına çalışın. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
Yorğunluq hiss etməyəcəksiniz.
Əkizlər - rəqibləri çətinliklə də olsa, zərərsizləşdirməyə çalışın. Bədxahların məkrli planlarının qarşısını alın. Peşəkar fəaliyyət müstəvisindəki uğurlarınız az olmayacaq. Yaxın ətrafınızdakı insanlar bunu görəcəklər. Maraqlı işgüzar təkliflər ala bilərsiniz.
Günün ikinci yarısında karyeranızda irəliləyişin ilk mərhələsinin yaşanması istisna deyil.
Romantik münasibətlər üçün pis zaman deyil. Yeni tanışlıq zamanı mövqelərinizi müdafiə edin, ifrat dərəcədə kompromisllərə meylli olmayın.
Axşam saatlarında tək qalmaq istəyəcəksiniz.
Xərçəng - yaradıcılıq fəaliyyəti üçün əlverişli zamandır. Qeyri-standart məsələlərin öhdəsindən gəlin. Dürüst qərarlar qəbul edin. İnformasiya az olsa da, çətinliklərin həllində ənənəvi olmayan vasitələrdən istifadə edə bilərsiniz.
Rutin işləri qulaqardına vurmayın. Xırdalıqlara və detallara fikir verin.
Günün ikinci yarısında işlərdə qəfil dəyişikliklər ola bilər. Kiçik olaylar planlaşdırılmış işləri başa vurmağa maneələr yaradacaq. Evdə hər şey normaldır.
Axşam saatlarında ailə üzvləri ilə ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.
Şir - asan zaman deyil. Müsbət təmayüllərin təsiri artacaq. Hadisələrin məcrası və ya proseslərin axarı maraqlarınıza cavab vermirsə, təlaşa qapılmayın, vurnuxmaya vol verməyin. Məqsədə çatacaqsınız, amma səbrli olun.
Günün ikinci yarısında soyuqqanlı və təmkinli davransanız, uğur əldə edəcəksiniz.
Peşəkar müstəvi ilə yanaşı, şəxsi münasibətlərdə diqqətli addımlar atın.
Axşam saatlarına yaxın maraqlı görüşlər, romantik macəra istisna deyil. Onların ciddi perspektivi olmasa da, əhvalınızı yaxşılaşdıracaq.
Planlaşdırılmamış səfərlər istisna deyil. Macəralarla dolu gündür.
Maraqlı görüş ola bilər. Nəzərdə tutulmayan səfər və ya səyahətdə çox vaxt keçirməyin.
Qız - ziddiyyətlərlə dolu, qarışıq zamandır. işlər pis getmir. Özünüzə heç bir səbəb olmadan yeni problemlər yaratmayın. Yaxşı məsləhətləri qulaqardına vurmayın. Prinsipial olun. Müdrik və ağıllı insanların dediklərinə qulaq asın.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri güclənəcək. Kobud səhvlərə yol verməməyə can atın. Əldə edə biləcəyiniz təcrübə karınıza gələ bilər.
Axşam saatları müsbət emosiyalar vəd edir. Şəxsi münasibətlərlə bağlı önəmli qərarlar qəbul etmək olar.
Tərəzi - çətin gündür. Çalışdığınız kollektivdə əks cins mənsubu ilə münasibətləriniz gəriləcək. Rəqiblər fəallaşıblar. Ehtiyatlı olun. Sərvaxt davranın, ətrafınızda baş verən hadisələri diqqətlə izləyin.
Günün ikinci yarısında sizdən sui-istifadə etməyə can atanlar olacaq. Yaxşı bələd olmadığınız insana etibar etməyin. Yeni tanışlarla ünsiyyətdə sayıq olun.
Niyyət və istəklərinizi dəqiqləşdirin. Yaxın gələcəklə bağlı planlarınızı müəyyənləşdirin. Gərəksiz hisslər və mənasız əlaqələrdən qurtulun. Əlaqələr sizi qayğılandırmamalıdır.
Əqrəb - günün ilk hissəsi sakit keçəcək. Amma saatlar ötdükcə maliyyə məsələləri ilə bağlı situasiya ağırlaşacaq. İşdə diqqətli olun. Vəziyyəti təhlil etmək və dəyərləndirmək üçün vaxt gərəkdir. Sınanmış tərəfdaşlardan yararlanaraq ən ciddi maneəni dəf etmək olar.
Günün ikinci yarısında iş yerini dəyişməklə bağlı məsələləri müzakirə etmək üçün münasib durum olmayacaq. Bir qədər əvvəl başladığınız işləri başa vurun. Yeni layihəyə start verməzdən əvvəl qüvvə və potensalınızı dəqiq qiymətləndirin.
Ev işlərinin həllində bilavasitə iştirakınıza zərurət var. Ailədəki münasibətləri nəzarətdə saxlayın.
Oxatan - çoxdan bəri planlaşdırdığınız mühüm işə başlayın. Mürəkkəb məsələni həll edin, əhəmiyyətli görüşü unutmayın. Ciddi və məqsədyönlü olun. Yaxın ətrafınızdakı insanlar sizə rəğbət bəsləməlidir.
Nüfuzlu insanlardan birindən dəstək alacaqsınız.
Günün ikinci yarısında ideyanızı reallaşdırmaq üçün gərəkli maliyyə vəsaitini əldə edəcəksiniz.
Di gəl, saatlar ötdükcə mənfi təmayüllərin təsiri artır. Sərt danışmayın, təxribatlara uymayın. Mövqeyinə və kimliyinə yaxşı bələd olmadığınız insanlarla sıx təmaslar qurmayın. Onlar sizə zərər vura bilərlər.
Oğlaq - narahat olmayın. Günün ilk yarısı uğurludur. Böyük gözləntilər reallaşmasa da, bəzi məqsədlərə çatmaq mümkündür. Əməkdaşlıq və ya tərəfdaşlıq etdiyiniz insanlarla dil tapın. İşgüzar məsələlərin həllində fəaliyyət prinsiplərini yeni tanışlara anladın.
Potensial sifarişçilər və ya tərəfdaşlarla müzakirələr aparmaq olar.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Hadisələrin axarı əlverişlidir. Təşəbbüskar olun.
Dolça - günün ilk yarısı uğurludur. Narahatlıq və nigaranlıq üçün heç bir səbəb yoxdur. Nagahani görüş, təsadüfən eşidilən sözlər maraqlı ideyaların əsasını qoya bilər. İşlərinizdə ciddi olun. Maraqlı işgüzar təklif alacaqsınız.
Təklifi qəbul etsəniz, maddi durumunuzu yaxşılaşdıra bilərsiniz.
Günün ikinci yarısı romantik münasibətlər üçün əlverişlidir. Dəyər verdiyiniz insanların qayğısına qalın. Dəyər verdiyiniz insanlarla sərt danışmayın. Uzaqdan xoş xəbər ala bilərsiniz.
Balıqlar - günün ilk yarısında yaranan çətinliklərin miqyası və ağırlığını olduğundan artıq saymayın. Geriyə çəkilməsəniz, əzmkar və iradəli olsanız, onların öhdəsindən gələ bilərsiniz. Qarşınıza qoyduğunuz məqsədlərdən geri çəkilməyin.
Günün ikinci yarısında sizi sakitləşdirməyə, bir qədər durmağa çağıran insanlara qulaq asmayın. Başladığınız işi yarımçıq qoymayın. Soyuqqanlı olun, məntiqlə hərəkət edin.
Sakit, aram iş üçün axşam saatları faydalıdır. Diqqətli olun, fikirlərinizin dağınıqlığına yol verməyin.
Gərəksiz emosiyalar, bədbin fikirlərdən qurtulun.