Ronaldo ardıcıl ikinci dəfə ən yaxşı seçildi
İdman
03:12 03 noy, 2021
Onu 14 faizlik göstərici ilə qapıçı David De Xea və 13 faiz səslə hücumçu Markus Reşford izləyib.

İngiltərənin "Mançester Yunayted" klubunda oktyabrın ən yaxşı futbolçusu açıqlanıb.
Qazet.az xəbər verir ki, portuqaliyalı futbolçu Kristiano Ronaldo ardıcıl 2-ci dəfə bu ada layiq görülüb.
Azarkeşlər arasında soruğunun nəticələrinə əsasən, portuqaliyalı forvard 57 faiz səslə 1-ci olub. Onu 14 faizlik göstərici ilə qapıçı David De Xea və 13 faiz səslə hücumçu Markus Reşford izləyib.
Qeyd edək ki, 36 yaşlı futbolçu sentyabrdakı səsvermədə də bütün komanda yoldaşlarını qabaqlayıb.