Bakı 13˚C Sunny

Ronaldo azarkeşlərə müraciət etdi

İdman 00:31 09 dek, 2022
Ronaldo azarkeşlərə müraciət etdi

Kriştiano Ronaldo Portuqaliya yığmasının azarkeşlərinə müraciət edib.

Qazet.az xəbər verir ki, 37 yaşlı hücumçu şəxsi "İnstagram" hesabında bu sözləri yazıb:

"Bu komanda xarici qüvvələr tərəfindən parçalana bilməyəcək qədər möhkəmdir. Bu millət heç bir rəqibdən qorxmayacaq qədər cəsurdur. Xəyalları uğrunda sona qədər mübarizə aparacaq əsl komanda! Bizimlə birlikdə inanın! İrəli, Portuqaliya!", - deyə yığmanın kapitanı sosial şəbəkə hesabında yazıb.