Bakı 21˚C Sunny

Ronaldo "Əl-Nəsr"ə uğur gətirdi

İdman 12:55 05 yan, 2023
Ronaldo "Əl-Nəsr"ə uğur gətirdi

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun yeni transfer olunduğu "Əl-Nəsr" klubu rekorda imza atıb.

Qazet.az xəbər verir ki, portuqaliyalı ulduzun transferi rəsmiləşdikdən sonra klubun "İnstagram" hesabında ciddi yüksəliş qeydə alınıb.

Ronaldoya qədər izləyici sayı 1 milyonun altında olan klubun səhifəsi hazırda 9 milyon yarımdan çox istifadəçi tərəfindən izlənilir.

Dünya mediasında bu "Ronaldo effekti" olaraq adlandırılıb. İzləyici sayı ilə "Əl-Nəsr", "İnter" (İtaliya), "Ayaks" (Niderland), "Boka Xunyors" (Argentina), "Fənərbaxça" (Türkiyə) "Lester" (İngiltərə), "Roma" kimi klubları geridə qoyub.

Həmçinin Ronaldonun rəsmi transferi xəbərini əks etdirən şəkil klubun səhifəsində 33 milyondan çox istifadəçi tərəfindən bəyənilib.