Ronaldo keçmiş klubunu 63 milyona aldı
İdman
17:12 19 dek, 2021
45 yaşlı futbolçunun ilk hədəfi "Kruzeyro"nu köhnə günlərinə qaytarmaqdır

Məşhur braziliyalı futbolçu Ronaldo Nazario əvvəllər oynadığı "Kruzeyro" klubunun 90%-ni 63 milyon dollara alıb.
Qazet.az xəbər verir ki, Ronaldo satınalma rəsmiləşdikdən sonra kluba 25 milyon dollar sərmayə qoyacağını vəd edib.
Bildirilib ki, 45 yaşlı futbolçunun ilk hədəfi "Kruzeyro"nu köhnə günlərinə qaytarmaqdır. İlk növbədə gənc və potensial oyunçulardan ibarət komanda qurmağı qarşısına məqsəd qoyan Ronaldo 20 dekabrdan etibarən işə başlayacaq.
Qeyd edək ki, bu, İspaniya "Valyadolid"indən sonra Ronaldonun sahib olduğu ikinci klubdur.