Bakı 15˚C Sunny

Ronaldo təşəkkür etdi

İdman 11:15 04 yan, 2023
Ronaldo təşəkkür etdi

"Əl-Nəsr" klubuna transfer olunan portuqaliyalı futbolçu Kriştiano Ronaldo paytaxt Riyaddakı azarkeşlərinə təşəkkür edib.

Qazet.az xəbər verir ki, 37 yaşlı forvard bu barədə "Tvitter" hesabında etdiyi paylaşımında bildirib.

Ronaldo onu səmimi qarşıladıqlarına görə fanatlara təşəkkür edib.

Qeyd edək ki. Ronaldo "Əl-Nəsr"lə 2 illik müqavilə imzalayıb.

Klub dünən rəsmi şəkildə forvardı təqdim edib.