Ronaldo və Braziliya millisi Nüsrətin qonağı olub - VİDEO
Gündəm
11:11 02 dek, 2022
Məşhur türkiyəli aşpaz Nusret Gökçe dünya çempionatı üçün Qətərdə səfərdə olan Braziliya millisini öz restoranında qonaq edib.
Qazet.az xəbər verir ki, o, əfsanəvi futbolçu Ronaldoya qızardılmış ət ikram etdiyi anları sosial media hesabında paylaşıb.
Kadrlardan göründüyü kimi, ziyafət olduqca səmimi mühitdə keçib.
Qonaqlıq zamanı keçmiş hücumçu ilə aşpazın qucaqlaşması da gözdən yayınmayıb.