Bakı 5˚C Showers

Ronaldo yenə rekorda imza atdı

İdman 10:46 08 dek, 2022
Ronaldo yenə rekorda imza atdı

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu yeni dünya rekorduna imza atıb.

Qazet.az-ın Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) saytına istinadən məlumatına görə, 37 yaşlı hücumçu 400 beynəlxalq matça çıxan ilk oyunçu kimi tarixə düşüb.

Qətərdə baş tutan dünya çempionatının 1/8 final mərhələsində İsveçrə ilə görüş (6:1) onun beynəlxalq arenada 400-cü qarşılaşması olub. Ronaldu bunun 195-ni millidə, 205-ni isə klubların heyətində avrokuboklarda keçirib. Ulduz futbolçu Çempionlar Liqasında 187, Avropa Liqasında və klublararası dünya çempionatının hərəsində 8, UEFA Superkubokunda isə 2 görüşdə iştirak edib.

Ümumilikdə 9 futbolçu 300-dən çox beynəlxalq oyun iştirakçısı olub ki, onlardan 5-i hazırda karyerasını davam etdirir.

 

Futbolçu

Millisi

Oynadığı dönəm

Klubda

Milli

Total

1

Kriştianu Ronaldu

Portuqaliya

2002-

205

195

400

2

İker Kasilyas

İspaniya

1999-2019

193

167

360

3

Canluici Buffon

İtaliya

1995-

167

176

343

4

Lionel Messi

Argentina

2004-

170

169

339

5

Serxio Ramos

İspaniya

2004-

151

180

331

6

Xavi

İspaniya

1998-2019

195

133

328

7

Luka Modriç

Xorvatiya

2003-

147

159

306

8

Xavyer Zanetti

Argentina

1992-2014

162

143

305

9

Paolo Maldini

İtaliya

1985-2009

175

126

301