Bakı 15˚C Sunny

Ronaldu ayın futbolçusu seçilərək, Runinin rekordunu yeniləyib

İdman 17:26 08 okt, 2021

36 yaşlı hücumçu buna Premyer Liqada sentyabrın ən yaxşısı seçilməklə nail olub

Ronaldu ayın futbolçusu seçilərək, Runinin rekordunu yeniləyib

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu "qırmızı şeytanlar"ın sabiq oyunçusu Ueyn Runinin rekordunu yeniləyib.

Qazet.az məlumatına görə, 36 yaşlı hücumçu buna Premyer Liqada sentyabrın ən yaxşısı seçilməklə nail olub.

Portuqaliyalı forvard karyerasında 5-ci dəfə bu mükafata layiq görülüb və ingiltərəli sabiq hücumçuya çatıb. Bu, "Mançester Yunayted" tarixində ayın futbolçusu mükafatı təqdim edildikdən sonra ən yaxşı göstəricidir.

Qeyd edək ki, avqustun sonunda İtaliya "Yuventus"undan İngiltərə təmsilçisinə keçən Kriştianu Ronaldu 2003 - 2009-cu illərdə də bu klubun formasını geyinib.