Bakı 13˚C Mostly sunny

Ronaldu “Əl Nəsr”in Pepeni almasını istəyir

İdman 04:44 06 yan, 2023
Ronaldu “Əl Nəsr”in Pepeni almasını istəyir

Kriştianu Ronaldu keçmiş komanda yoldaşını “Əl Nəsr”də görmək istəyir.

Qazet.az xəbər verir ki, hücumçu Səudiyyə klubunun müdafiəçi Pepe ilə müqavilə imzalamasını istəyir.

O, artıq bu barədə komanda rəhbərliyi ilə danışıb.

Fevralda 40 yaşı tamam olan “Portu”nun müdafiəçisi ilə bu mövsümün sonuna qədər müqavilə bağlanıb. “Əl-Nəsr” futbolçunu transfer etməyi düşünür.

Ronaldu və Pepe “Real Madrid”də və Portuqaliya millisində birlikdə çıxış ediblər.

Bundan əlavə, səudiyyəlilər yayda Serxio Ramosun və 2024-cü ildə Luka Modriçin transferində maraqlıdırlar.