Ronaldu Lissabona uçmadı, Qətərdə qaldı
İdman
12:35 11 dek, 2022
Portuqaliya millisi dünya çempionatında mübarizəni dayandırsa da, Kriştiano Ronaldu vətənə qayıtmayıb, Qətərdə qalıb.
Qazet.az xəbər verir ki, Ronaldodan savayı yığmanın daha 9 üzvü Qətərdə qalmağa üstünlük verib. Bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb.
Kriştiano Ronaldudan başqa Rui Patrisio, Rafael Qerreyra, Rafael Leau, Bruno Fernandes, Mateus Nunes, Ruben Neves, Bernardo Silva, Joao Kanselo və Dioqo Dalo ailələri ilə birlikdə Qətərdə qalmaq üçün icazəsi alıblar.
Komandanın digər üzvləri isə bu gün Lissabona qayıdıblar.