Ronaldu oğluna telefon işlətməyi qadağan etdi
37 yaşlı hücumçu bildirib ki, övladını təvazökar və zəhmətkeş görmək üçün bu addımı atıb
İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Kriştianu Ronaldu oğlu kiçik Kriştianuya mobil telefon işlətməyi qadağan edib.
Qazet.az-ın məlumatına görə, bu barədə portuqaliyalı hücumçu "Derby.it" nəşrinə açıqlama verib.
37 yaşlı hücumçu bildirib ki, övladını təvazökar və zəhmətkeş görmək üçün bu addımı atıb: Oğlumu hər şeylə təmin edə bilərəm. Amma mən istəyirəm ki, çəkdiyi zəhmətin qədrini bilsin. Ciddi və zəhmətkeş insan olsun. Oğlum bilməlidir ki, xoşbəxtlik üçün nələrisə qurban vermək lazımdır. Davamlı olaraq məndən mobil telefon işlətmək üçün icazə istəyir. Mən isə "yox" deyirəm və hələ tez olduğunu bildirirəm".
Qeyd edək ki, kiçik Kriştianu hazırda "Mançester Yunayted"in akademiyasında çıxış edir.