Bakı 25˚C Partly sunny

Rövnəq Abdullayev: "SOCAR əməkdaşlarının maaşları artırılacaq"

Gündəm 18:38 20 dek, 2021

 Gələn ildən SOCAR-da maaşlarda yəqin ki, artım olacaq

Rövnəq Abdullayev: <span style="color:red">"SOCAR əməkdaşlarının maaşları artırılacaq"</span>

Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlarının əməkhaqqıları artırılacaq.

Qazet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

"Bizdə maaşlar minimum əməkhaqqının artırılmasına uyğun artırılır. Gələn ildən SOCAR-da maaşlarda yəqin ki, artım olacaq", - deyə o qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən həftə imzaladığı sərəncama əsasən, gələn il yanvarın 1-dən Azərbaycanda minimum əməkhaqqı 50 manat və yaxud 20 % artırılaraq, 250 manatdan 300 manata çatdırılıb.