Bakı 14˚C Sunny

Rövşən Binnətli direktor təyin olunub

İdman 16:25 05 yan, 2023
Rövşən Binnətli direktor təyin olunub

Tanınmış teleaparıcı Rövşən Binnətli İdman TV-nin direktor vəzifəsinə təyin olunub. O, bu təyinatadək telekanalda direktor vəzifəsini icra edirdi.

Qazet.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov əmr imzalayıb.

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.