Bakı 15˚C Intermittent clouds

RSK-nin maşınları maneəsiz hərəkət ediblər

Siyasət 14:16 02 yan, 2023
RSK-nin maşınları maneəsiz hərəkət ediblər

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus mülki avtomobillərin sərbəst keçidi davam edir.

Qazet.az xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə məxsus 2 minik maşını Xankəndidən Laçın istiqamətinə keçib.

Avtomobillərin aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək Rusiya sülhməramlıları kontingentinə məxsus avtomobillərin keçidi üçün dəhliz açıb.