Bakı 13˚C Cloudy

Rublun bahalaşması davam edəcək? - AÇIQLAMA

Gündəm 15:50 28 iyn, 2022

Ekspert bildirib

Rublun bahalaşması davam edəcək? - AÇIQLAMA

“Rus rublunun məzənnəsi inzibati qaydada tənzimlənən məzənnə rejimidir”.

Qazet.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli rublun bahalaşmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, demək olar ki, Rusiyada bazar, birja qaydaları ləğv edilib: “Ona görə də, məzənnəni süni adlandırmaq olar. Digər vacib səbəblərdən biri odur ki, sanksiyalar getdikcə artdığından Rusiyaya mal satan ölkələrin sayı azalır. Yəni xarici ticarət kifayət qədər azalıb”.

Ekspert deyir ki, xarici ticarət dövriyyəsinin, yəni ölkəyə mal gətirənlərin sayının azalması valyuta çıxışlarının həcmini azaldıb. Valyuta çıxışlarının azalması isə, təbii ki, rublın möhkəmlənməsinə səbəb olan amilə çevrilir.

Natiq Cəfərli bildirib ki, bundan əlavə, Rusiya əhalisinin xarici səfərləri xeyli azalıb: “Çünki bir çox ölkələrə uçuşlar ləğv edilib, xüsusilə Avropa və Amerikaya vizalar verilmir. Bu da valyuta çıxışını məhdudlaşdıran amillərdən biridir və rublın möhkəmlənməsinə səbəb olur”.

Onun sözlərinə görə, bundan başqa, pərakəndə satış və ya ictimai iaşə ilə məşğul olan bir çox şirkət Rusiyanı tərk edib. Həmin şirkətlərin qazancları valyuta şəklində ölkədən çıxarılıb. O obyektlər də bağlanıb deyə valyutaya təlabat azalıb.


Qaynaq