Bakı 18˚C Mostly cloudy

Ruhəngiz Qasımova ilə vida mərasiminin keçiriləcəyi yer AÇIQLANDI

Gündəm 21:54 10 okt, 2022
Ruhəngiz Qasımova ilə vida mərasiminin keçiriləcəyi yer AÇIQLANDI

Ruhəngiz Qasımova ilə vida mərasimi oktyabrın 12-də Heydər məscidində keçiriləcək.

Qazet.az xəbər verir ki, bu barədə APA-ya Əməkdar artist Tahir İmanov məlumat verib.

Mərhum bəstəkarın nəşinin çərşənbə günü Honkonqdan gətiriləcəyini vurğulayan T.İmanov qeyd edib ki, dəfn mərasimi də elə həmin gün Yasamal qəbiristanlığında başa tutacaq:

“Ruhəngiz xanım həyat yoldaşının yanında dəfn ediləcək”.