Rumıniyada Ukrayna ilə sərhədə qədər dəmir yolunun bir hissəsi açılıb
Gündəm
07:48 14 okt, 2022
Rumıniyanın CFR İnfrastructura dəmir yolu şirkəti Valea Vişeuluidən (Rumıniya) Ukrayna ilə sərhədə qədər olan dəmir yolu xəttini silsilə təmirdən sonra bərpa edib.
Bu barədə Qazet.az HotNews -a istinadən xəbər verir.
Rumıniyanın infrastruktur operatorunun sözlərinə görə, xətdə 1400-ə yaxın şpal dəyişdirilib və 400 ton çınqıl atılıb. Hazırda Teresva (Ukrayna) və Sziget Marmarosski (Rumıniya) arasında olan xəttdə təmir işləri davam edir.
Qatarların hərəkətinin nə vaxt bərpa olunacağı hələlik məlum deyil. Bu xətlərdə dəmir yolu hərəkəti 15 ildən çox əvvəl dayandırılmışdı. Bundan əvvəl UZ Rumıniya ilə sərhəddə göstərilən hissəyə bitişik iki hissəni bərpa edib.