Rumıniyada zavodda partlayış baş verib, ölənlər var
Gündəm
22:33 18 noy, 2021
Məlumata görə, partlayış piyada əleyhinə mina ilə ehtiyatsız davranma nəticəsində baş verib.

Rumıniyanın Babeni şəhərində hərbi sənaye zavodunda partlayış baş verib.
Qazet.az xəbər verir ki, bu barədə ria-novosti agentliyi məlumat yayıb.
Hadisə nəticəsində 3 nəfər həlak olub, iki nəfər isə ağır vəziyyətdədir.
Məlumata görə, partlayış piyada əleyhinə mina ilə ehtiyatsız davranma nəticəsində baş verib.