Bakı 26˚C Intermittent clouds

Rus general AST Telmanla bağlı tapşırıq verdi

Gündəm 19:00 24 okt, 2021

Aleksandr Bastrıkin Azərbaycan əsilli iş adamı Telman İsmayılovun Monteneqrodan ekstradisiyası üçün əlavə tədbirlərin görülməsini tələb edib

Rus general AST Telmanla bağlı tapşırıq verdi

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Azərbaycan əsilli iş adamı Telman İsmayılovun Monteneqrodan ekstradisiyası üçün əlavə tədbirlərin görülməsini tələb edib.

Qazet.az Axar.az-a istinadən xəbər verir ki, Bastrıkin komitənin Hüquqi təminat və beynəlxalq əməkdaşlıq departamentinin tabeliyində olanlara xüsusi tapşırıq ünvanlayıb, Baş Prokurorluq və Rusiya Xarici İşlər Nazirliyi də ekstradisiyaya kömək etməlidir.

Komitə sədri vurğulayıb ki, İsmayılov ağır və xüsusilə ağır cinayətlərdə ittiham edildiyi üçün Rusiya qanunlarına əsasən cavab verməlidir:

"İstintaqın topladığı sübutlar iş adamının iki sahibkarın qətlində, adam oğurluğunda və qanunsuz silah alverində iştirakını təsdiqləyir".

Qeyd edək ki, Rusiyada qətl və adam oğurluğu cinayətlərində ittiham olunaraq Monteneqroda saxlanılmış Telman İsmayılov oktyabrın 22-də bu ölkədən siyasi sığınacaq alıb.

Telman İsmayılov sifarişli qətllərin təşkilinə görə 2017-ci ildən beynəlxalq axtarışdadır.