Bakı 26˚C Sunny

Rus ordusunun bütün elitası Soledardadır

Gündəm 00:30 12 yan, 2023
Rus ordusunun bütün elitası Soledardadır

Baxmutu ələ keçirməyə cəhd edən rus ordusunun bütün elitası Soledara cəlb edilib.

Qazet.az xəbər verir ki, bu sözləri ukraynalı zabit Taras Berezovets deyib.

"Vəziyyət belədir: düşmən Baxmuta təzyiqi azaldıb. Bu gün rus ordusunun bütün elitası Baxmutdan Soledara köçüb. Ona görə də Baxmuta təzyiq xeyli azalıb, Soledara isə müvafiq olaraq artıb”, – Berezovets NV radiosuna bildirib.

Onun sözlərinə görə, Soledara hücum 10 gündür ki, davam edir. İşğalçılar dekabrın 27-də hücuma başlayıblar.