Bakı 7˚C Dreary

Rus qırıcısı Britaniya təyyarəsinə raket atdı

Gündəm 23:23 20 okt, 2022
Rus qırıcısı Britaniya təyyarəsinə raket atdı

Böyük Britaniya müdafiə naziri Ben Uolles sentyabrın 29-da Rusiya təyyarəsinin Qara dənizin beynəlxalq hava məkanında patrul xidməti yerinə yetirən Britaniya təyyarəsi yaxınlığında raket buraxdığını açıqlayıb.

Qazet.az xəbər verir ki, o, bu barədə parlamentdəki çıxışında danışıb.

Hadisədən sonra Britaniyanın patrul xidmətini dayandırdığını və narahatlığını Rusiya müdafiə naziri Sergey Şoyquya çatdırdığını deyən Uolles qarşı tərəfin bunun “texniki nasazlıq” olduğunu bildirdiyini söyləyib.

Uolles Britaniyanın bundan sonra patrul xidmətini davam etdirdiyini, olayı “potensial təhlükəli” olaraq xarakterizə etdiyini, amma bunun “qəsdən atılmış addım” olaraq görmədiklərini deyib.