Bakı 23˚C Windy

Rus rublu tarixi minimuma düşdü

Biznes 16:42 07 mar, 2022

Günorta saatlarına yaxın isə dollar 133, avro isə 143,37 rubl civarında satılıb

Rus rublu tarixi minimuma düşdü

Rusiyada dolların kursu bahalaşmaqda davam edir.

Qazet.az xəbər verir ki, dollar bu gün kəskin qalxaraq, 140,3, avro isə 145,9 rubl olub.

Günorta saatlarına yaxın isə dollar 133, avro isə 143,37 rubl civarında satılıb.

Qeyd edək ki, Moskva birjası bu gün fəaliyyət göstərmir. Dollar satışı valyutadəyişmə məntəqələrində tənzimlənir.

Qara bazarda isə dolların daha baha olduğu bildirilir.