Bakı 19˚C Mostly sunny

Rusiya alman diplomatları ölkədən göndərir

Gündəm 23:13 20 dek, 2021

Almaniya Xarici İşlər Nazirliyi buna cavab olaraq bildirib ki, Moskvanın hərəkətləri iki ölkə arasında münasibətləri gərginləşdirəcək. 

Rusiya alman diplomatları ölkədən göndərir

Rusiya iki alman diplomatını ölkədən göndərir.

“Qazet.az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, Rusiya Almaniyanın diplomatik missiyasının əməkdaşlarının ölkədən çıxarılması qərarından sonra səfir Qesa Andreas fon Qayrı XİN-ə çağırıb və ona etiraz edib.

“AFR səfirinə Almaniyanın Rusiyadakı səfirliyinin iki diplomatik əməkdaşının “persona non qrata” elanı AFR hökumətinin yuxarıda qeyd olunan qeyri-dost qərarına simmetrik cavab kimi çatdırılıb”, - deyə nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.

Almaniya Xarici İşlər Nazirliyi buna cavab olaraq bildirib ki, Moskvanın hərəkətləri iki ölkə arasında münasibətləri gərginləşdirəcək.