Bakı 3˚C Intermittent clouds

Rusiya antikorrupsiya konvensiyasından çıxır

Gündəm 15:15 10 yan, 2023
Rusiya antikorrupsiya konvensiyasından çıxır

Rusiya 2006-cı ildə ratifikasiya etdiyi Korrupsiyaya dair Avropa Cinayət Hüququ Konvensiyasından imtina edir.

Qazet.az "gazeta.ru"ya istinadən xəbər verir ki,  Rusiya prezidenti Vladimir Putin bununla bağlı sərəncam verib.

Sərəncama əsasən Vladimir Putin, Qərb dövlətləri ilə imzalanan Beynəlxalq Korrupsiyaya Qarşı Müqavilədən birtərəfli qaydada çıxmağa qərar verib.

Parlamentin təsdiq edəcəyi müəyyən olan hüquqi prosedur tamamlandıqdan sonra Qərb ölkələrində korrupsiya və ya iqtisadi cinayət törətmiş şəxs və ya şəxslər Rusiyaya gələrsə, burada cinayət törətmiş sayılmayacaq.

Xatırladaq ki, Moskva Beynəlxalq Antikorrupsiya Müqaviləsinə 1999-cu il yanvarın 27-də qoşulub. O dövrün Rusiya lideri Boris Yeltsin administrasiyanı Vladimir Putinə təhvil verməzdən 4 gün əvvəl bu son beynəlxalq müqaviləyə "yaşıl işıq" yandırdı.