Bakı 23˚C Windy

Rusiya Azərbaycan və Türkiyədən tərəvəz idxalını artırır

Biznes 11:28 05 mar, 2022

Açıqlamada ümumilikdə 9 ölkədən tərəvəz idxalının artırılacağı bildirilib

Rusiya Azərbaycan və Türkiyədən tərəvəz idxalını artırır

Rusiya Türkiyə, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Misir, Qırğızıstan, Türkmənistan və Özbəkistandan tərəvəz idxalını artıracaq.

Bu barədə Qazet.az “Haber Global”a istinadən xəbər verir.

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətindən (“Rosselxoznadzor”) verilən açıqlamada ümumilikdə 9 ölkədən tərəvəz idxalının artırılacağı bildirilib.

Qeyd edilir ki, Türkiyədən əlavə pomidor, bibər, balqabaq və badımcan idxal ediləcək: "Əvvəlki idxal məhdudiyyətləri aradan qaldırılaraq, müvafiq ölkələrin bütün torpaqlarından tərəvəz idxalının davam etdirilməsinə qərar verilib".

“Rosselxoznadzor”un açıqladığı siyahıya Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Misir, Qırğızıstan, Türkmənistan və Özbəkistan daxildir.