Bakı 34˚C Sunny

Rusiya Bakıdakı şirkətini bağlayır

Biznes 10:00 08 dek, 2022
Rusiya Bakıdakı şirkətini bağlayır

Rusiyanın "Şolkovo Aqroxim" Səhmdar Cəmiyyəti Azərbaycandakı Nümayəndəliyini bağlayıb.

Qazet.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, şirkət ləğv olunduğunu elan edib. Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., ev 169, mənzil 6 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "Şolkovo Aqroxim" kənd təsərrüfatı bitkilərinin mühafizəsi və məhsuldarlığının artırılması üçün pestisid, aqrokimyəvi maddələr və bioloji peraparatlar istehsal edir.