"Rusiya bayrağı altında edilənləri görürsünüz" - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski Xerson şəhəri azad olunduqdan sonra buraya etdiyi səfərində dünya ictimaiyyətinə müraciət edib.
Qazet.az xəbər verir ki, Zelenski öz çıxışında Rusiyanın etdiklərini, şəhərin işğaldan sonrakı vəziyyətinin acınacaqlı olduğunu bildirib.
O, öz çıxışında Rusiyanı kəskin tənqid edib:
"Rusiya bayrağı altında edilənlər bunlardır - Tamam xarabalıq. Nə kommunikasiya var, nə işıq, nə internet. İşğalçılar hər yeri bilərək dağıdıblar. Bu onların xüsusi əməliyyatıdır. Qış ərəfəsində rus işğalçıları əhali üçün mühüm infrastrukturu dağıdıblar. Şəhərdəki bütün obyektlər və mühüm ərazilər minalanıb.
Qeyd edək ki, bu ilin mart ayında işğal olunan Xerson şəhəri Rusiya tərəfindən elan olunan qeyri-qanuni referendumda Federasiyanın tərkib hissəsi elan edilib. Noyabr ayında isə şəhər rus işğalçılarından azad edilib.