Rusiya Belarusdan 30 vaqon silah-sursat çıxarıb – Kremlin xilas cəhdi
Gündəm
20:20 06 okt, 2022
Rusiyanın oktyabr ayında Belarusdan 30 vaqon hərbi sursat və texnika çıxardığı bildirilir.
Qazet.az xəbər verir ki, Ukrayna Baş Qərargahından həmin silah-sursatın toplandığı vaqonların Donetsk və Xerson istiqamətində yola salındığı açıqlanıb.
Qeyd olunur ki, Rusiyanı Belarusdan bu qədər silah çıxarmaq məcburiyyəti ordunun Ukraynada üzləşdiyi ciddi məğlubiyyətlərdir.
Bu barədə danışan general-mayor Aleksey Qromov bildirib ki, Rusiyanın bu cəhdləriə baxmayaraq, cəbhədə vəziyyətin düşmənin xeyrinə dəyişməyinə imkan verilməyəcək.
O əlavə edib ki, ölkənin Volın, Rovno, Jitomir, Çerniqov və Sumı vilayətlərində əməliyyat şəraiti sabitdir.