Bakı 23˚C Mostly cloudy

Rusiya bəzi aeroportlarda uçuşların məhdudlaşdırılması rejimini uzadıb

Gündəm 13:57 11 iyl, 2022

11 hava limanında uçuşların müddəti uzadılıb

Rusiya bəzi aeroportlarda uçuşların məhdudlaşdırılması rejimini uzadıb

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini uzadıb.
 

Qazet.az xəbər verir ki, agentliyin məlumatında rejimin iyulun 18-dək uzadıldığı qeyd olunub.

Belə ki, təyyarələr Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçmayacaq. Aviaşirkətlərə Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskva hava limanlarından istifadə etmək tövsiyə olunur.



Qaynaq