Rusiya bu tarixdə Ukraynada atəşkəs elan edəcək
Gündəm
10:45 06 yan, 2023
Rusiya yanvarın 6-dan 7-dək Ukraynada atəşkəs elan edəcək.
Qazet.az barədə "TASS"a istinadən məlumat verir.
Məlumatda bildirilir ki, Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukraynada 36 saatlıq atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.
“Müqəddəs Patriarx Kirillin müraciətini nəzərə alaraq, Rusiya Federasiyasının Müdafiə nazirinə bu il yanvarın 6-da saat 12:00-dan saat 24:00-dək Ukraynada tərəflər arasında bütün təmas xətti boyunca atəşkəs rejimini tətbiq etməyi tapşırıram".
Rus Pravoslav Kilsəsinin lideri Patriarx Kirill da 6-7 yanvar tarixlərini əhatə edən pravoslav Milad dövründə Ukraynada atəşkəsə çağırıb.
Xatırladaq ki, xristianlar üçün 6 yanvar Milad gecəsi, 7 yanvar isə Milad bayramıdır.