Bakı 15˚C Mostly sunny

Rusiya buna tam hazırdır - Putin QƏRAR VERDİ

Gündəm 15:38 12 okt, 2022
Rusiya buna tam hazırdır - Putin QƏRAR VERDİ

Rusiya qışda Avropaya əlavə həcmdə qaz tədarük etməyə hazırdır.

Qazet.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rusiya Enerji Həftəsi”nin plenar iclasında çıxışında bildirib.

“Əgər biz avropalılarla “Şimal axını 2”-nin sağ zədələnməmiş qolu vasitəsilə qaz tədarük etmək barədə ümumi qərara gəlsək, hansı ki, onun qaz tutumu 27,5 milyard kubmetrdir, bu da Avropanın bütün qaz idxalının təxminən 8%-ni təşkil edir, Rusiya bu tədarükə başlamağa hazırdır. Top Avropa İttifaqının tərəfindədir. İstəsələr, qoy kranı açsınlar və bu qədər...”- deyə Putin vurğulayıb.