Rusiya daha beş ölkə ilə uçuşları bərpa edir
Gündəm
09:18 23 sen, 2021
Moskva-Cibuti, Moskva-Vellinqton, Moskva-Lima, Moskva-Keyptaun, Moskva –Yohannesburq, Sankt-Peterburq-Kopenhagen reysləri üzrə həftədə iki dəfə uçuşlar yerinə yetiriləcək.
Rusiya oktyabrın 5-dən Cibuti, Peru, CAR, Danimarka və Yeni Zelandiya ilə uçuşları bərpa edəcək.
“Qazet.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, müvafiq qərar ölkələrdəki epidemioloji vəziyyət nəzərə alınaraq verilib.
Həmçinin, Moskva-Cibuti, Moskva-Vellinqton, Moskva-Lima, Moskva-Keyptaun, Moskva –Yohannesburq, Sankt-Peterburq-Kopenhagen reysləri üzrə həftədə iki dəfə uçuşlar yerinə yetiriləcək.