Rusiya daha bir kəndi işğal etdi
Gündəm
14:51 18 noy, 2022
Rus qoşunları Opıtnoye kəndini tamamilə tutub.
Qazet.az xəbər verir ki, bu barədə noyabrın 18-də Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.
"Donetsk Xalq Respublikasında rus qoşunlarının hücum əməliyyatları nəticəsində Opıtnoye kəndi azad edilib", - MN-dən bildirilib.