Bakı 4˚C Cloudy

Rusiya dövlət telekanalında Azərbaycana qarşı növbəti təxribat

Siyasət 18:07 29 mar, 2022

“Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində ölkəmizə qarşı təhdidlər səsləndirilib.

Rusiya dövlət telekanalında Azərbaycana qarşı növbəti təxribat

Rusiya dövlət telekanalında Azərbaycana qarşı növbəti təxribat yaşanıb. 

Qazet.az xəbər verir ki, “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində ölkəmizə qarşı təhdidlər səsləndirilib.

 “Rossiya 1” telekanalında yayımlanan “60 minut” siyasi tok-şousunda Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini, deputat Mixail Delyaqin həddini aşaraq ölkəmizi “proxy dövlət” adlandırıb. Rusiyanın qardaş slavyan Ukrayna dövlətinə qarşı müharibəsindən bəhs olunan verilişdə Azərbaycanın Qarabağ regionunda yaranmış son vəziyyətə toxunulub. Ölkəmiz Qarabağda atəşkəsi pozmaqda, üçtərəfli bəyanatın müddəalarına riayət etməməkdə günahlandırılıb. 

Dumanın ermənipərəst fraksiyası “Ədalətli Rusiya”nın üzvü olan Delyaqin bir az da irəli gedərək Azərbaycanı Rusiya üçün real təhlükə adlandırıb.