Rusiya bu gün Dumanın üzvlərini seçəcək
Rusiyada vahid səsvermə günü sentyabrın 19-na təyin edilib
Bu gün Rusiyada parlament seçkiləri başlayıb.
Qazet.az xəbər verir ki, Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının qərarı ilə seçkilər üç gün ərzində keçiriləcək.
Rusiya vətəndaşları Dövlət Dumasının deputatlarını seçəcək. Eyni zamanda 39 bölgədə qanunverici məclislərə, doqquz bölgədə isə birbaşa region başçılarının seçkiləri keçiriləcək. Daha üç ərazidə isə parlament üzvləri nümayəndələr seçəcək.
Ölkə daxilində 96 minə yaxın seçki məntəqəsi açılacaq, onlardan 93,5 mini daimi olacaq. Digər 2.5 mini müvəqqəti olaraq yaşayış yerlərində olacaq. Beləliklə hətta koronavirus xəstələri də daxil olmaqla, məntəqəyə gələ bilməyən vətəndaşlar da səs verə biləcək.
Qeyd edək ki, 2021-ci ildə Rusiyada vahid səsvermə günü sentyabrın 19-na təyin edilib. Ancaq bütün ölkə üzrə seçki məntəqələri üç gün - 17, 18 və 19 sentyabrda işləyəcək.