Bakı 25˚C Sunny

Rusiya dünyanı kiber təhlükəsizliyə diqqət etməyə çağırıb

Gündəm 11:22 07 okt, 2021

“Terrorizmə qarşı yeni beynəlxalq konvensiyalar və qanunlar qəbul etməyin vaxtıdır”

Rusiya dünyanı kiber təhlükəsizliyə diqqət etməyə çağırıb

“Rusiya milli kibertəhlükəsizlik sistemini gücləndirir və beynəlxalq birliyi bu sahədə əməkdaşlığı gücləndirməyə çağırır.”

Qazet.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Yuri Kokov "Rossiyskaya qazeta" qəzetinə müsahibəsində bildirib. 

"Rusiyada Təhlükəsizlik Şurası və hüquq -mühafizə orqanları da daxil olmaqla, milli bir kibertəhlükəsizlik sistemi inkişaf etdirilir. Dünya ictimaiyyətini bu sahədə daha sıx əməkdaşlığa çağırırıq" deyə Kokov vurğulayıb.

Təhlükəsizlik rəsmisinin sözlərinə görə, "danışıqlardan əsl konstruktiv addımlara keçməyin və kiberməkanda terrorizmə qarşı yeni beynəlxalq konvensiyalar və qanunlar qəbul etməyin vaxtıdır".

"Ümumiyyətlə terrorizmlə mübarizə sistemindən danışsaq, əminliklə deyə bilərəm ki, Rusiya bu işlərin qabaqcıllarındandır", - Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini bildirib.

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.