Rusiya əlindəki əraziləri itirməmək üçün bunu edir
Gündəm
22:10 03 okt, 2022
Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin müəyyən ərazilərdə aktiv əməliyyatlarını pozmağa çalışırlar.
Qazet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Ruslar əlindəki əraziləri saxlamağa çalışır, qüvvələrini müəyyən ərazilərdə Müdafiə Qüvvələrinin aktiv əməliyyatlarını pozmağa yönəldir. Qoşunlarımızın təmas xətti boyunca mövqeləri atəşə tutulur, havadan kəşfiyyat aparılır”, - Qərargahın məlumatında qeyd olunub.