Bakı 6˚C Showers

Rusiya Əliyevlə Paşinyanın görüşünü təşkil etmək istəyir

Gündəm 20:13 12 okt, 2022
Rusiya Əliyevlə Paşinyanın görüşünü təşkil etmək istəyir

Rusiya Azərbaycan və Ermənistana üçtərəfli sammit keçirməyi təklif etmək niyyətindədir.

Qazet.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov danışıb.

“Biz növbəti sammitin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli formatda keçirilməsini təklif edəcəyik və ümid edirik ki, yaxın gələcəkdə onun keçirilmə vaxtını razılaşdıra biləcəyik”, - Y.Uşakov qeyd edib.