Rusiya erməni nəşrinə vaxt qoydu
Gündəm
23:34 09 dek, 2021
O əlavə edib ki, səfir respublikada fəaliyyətini davam etdirir.

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinin Moskvaya geri çağırılması barədə yayılan xəbər dezinformasiyadır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Hraparak” qəzetinin yaydığı dezinformasiya ilə bağlı açıqlamasında deyib.
“Onlara birisi günə qədər vaxt veririk. Birisi gün təkzib verməlidirlər, çünki saxta məlumat yayıblar. Doğru deyil, dezinformasiyadır. İnformasiya həqiqəti əks etdirmir”, - deyə Zaxarova bildirib.
O əlavə edib ki, səfir respublikada fəaliyyətini davam etdirir.