Bakı 20˚C Sunny

Rusiya hərbçiləri Mariupolda 12 gün ərzində 1500-dən çox dinc sakini öldürdü

Gündəm 02:57 12 mar, 2022

 "Mariupola qarşı bu cinayəti heç vaxt unutmayacaq və bağışlamayacağıq”

Rusiya hərbçiləri Mariupolda 12 gün ərzində 1500-dən çox dinc sakini öldürdü

Mariupolun 1500-dən çox sakini şəhərin blokadası və yaşayış məntəqələrinin atəşə tutulması zamanı öldürülüb.

Qazet.az-ın məlumataına görə, şəhər şurasından bildirlib ki, Rusiya hərbçiləri son 12 gün ərzində 1582 mariupollu mülki vətəndaşı qətlə yetiriblər.

"Bu dəhşətli müharibədə həlak olanların xatirəsi əbədidir. Hər bir işğalçı cəhənnəmdə yanacaq. Biz insanlığa, Ukraynaya, Mariupola qarşı bu cinayəti heç vaxt unutmayacaq və bağışlamayacağıq”, - deyə şuranın məlumatında qeyd olunub.

unian.net