Rusiya hərbçiləri Ukraynanın iki yaşayış məntəqəsini tərk edib
Xəbərlər
01:24 23 okt, 2022
Rusiya hərbçiləri Ukraynanın Berislav rayonunun Çarivne və Çkalovo yaşayış məntəqələrini tamamilə tərk ediblər, zabitlər və tibb işçiləri təxliyə olunub.
Qazet.az xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahı məlumat yayıb.
“Rusiya qoşunlarının əlahiddə bölmələri Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisini tərk etməkdə davam edir”, - məlumatda deyilir.
Qeyd olunur ki, bununla yanaşı, yerli sakinlərdən talan və soyğunçuluq halları da artıb.
Bundan əlavə, Xerson vilayətində talan və qanunsuz hərəkətlərin sayı artıb. Rusiya hərbçiləri yerli əhalinin avtomobillərini ələ keçirərək, Antonovsk körpüsü yaxınlığındakı bərə keçidindən istifadə etməklə şəhəri tərk etməyə çalışırlar.