Rusiya hökumətinin sədri ilə Əli Əsədov arasında telefon danışığı
Siyasət
17:35 17 avq, 2022
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin avqustun 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.
Bu barədə Qazet.az-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Telefon danışığı zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi perspektivləri müzakirə edilib.
Həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.