Bakı 7˚C Showers

Rusiya ilə Qərb arasında danışıqlar İstanbulda baş tuta bilər

Gündəm 19:49 09 okt, 2022
Rusiya ilə Qərb arasında danışıqlar İstanbulda baş tuta bilər

ABŞ, Almaniya, Fransa, İngiltərə və Rusiya arasında danışıqlar İstanbulda baş tuta bilər. Bunu Türkiyə və Aİ-nin birgə parlament komitəsinin sədri İsmayıl Emrah Karayel deyib.

Qazet.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

"Biz güman edirik ki, İstanbul danışıqlar yeri ola bilər - təbii ki, tərəflər razılaşarsa. İstanbul bütün tərəflər üçün məqbul məkana çevrilə bilər", - o deyib.

Bundan əvvəl Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin Qərblə Rusiya ilə Qərb dünyası arasında yeni anlaşmaya, eləcə də Ukraynada müharibəni dayandırmağa imkan verəcək yeni “böyük sövdələşmə” əldə etmək istəyir.

Ankara danışıqlar üçün plan hazırlayır, onun konturları Vaşinqtona göndərilib. ABŞ bu təşəbbüsə müsbət reaksiya verdi.