Bakı 18˚C Windy

Rusiya ilə Türkmənistan arasında iqtisadi əməkdaşlıq möhkəmlənir

Gündəm 15:26 10 dek, 2021

Tərəflər həmçinin elm, təhsil, mədəniyyət, səhiyyə, idman və digər sahələrdə kommunikasiyaların inkişaf etdirilməsi yollarını müzakirə ediblər.

Rusiya ilə Türkmənistan arasında iqtisadi əməkdaşlıq möhkəmlənir

Aşqabadda Rusiya rəsmilərindən ibarət nümayəndə heyətinə başçılıq edən Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Türkmənistan prezidenti ilə görüşüb.

Qazet.az xəbər verir ki, Həştərxan qubernatorunun Türkmənistan prezidenti ilə görüşündə ikitərəfli əməkdaşlığın genişləndirilməsi vurğulanıb. Görüşdə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov və Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Babuşkin də bu səfərdə  Türkmənistanın xarici işlər naziri Rəşid Muradov və  baş nazirin müavini Sərdar Berdiməhəmmədov ilə də görüşüb.  

Danışıqlar zamanı Türkmənistanla Rusiya Federasiyasının Həştərxan vilayəti arasında siyasi və iqtisadi əməkdaşlığın əsas məsələləri müzakirə olunub.

Türkmənistan-Həştərxan şurasında sahibkarlıq, qarşılıqlı ticarət sahəsində fəaliyyətinə, gəmiqayırma və dəniz logistikası sahəsində birgə layihələrə xüsusi diqqət çəkilib.