Rusiya İran dronları ilə Kiyev vilayətinə hücum edib
Gündəm
04:39 05 okt, 2022
Oktyabrın 5-də səhər saatlarında Rusiya qüvvələri Kiyev vilayətindəki Bil Tsirkva şəhərinə hücum edib.
Qazet.az xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Oleksiy Kuleba teleqramda yazıb.
İlkin məlumata görə, işğalçı qüvvələr hücumu İran istehsalı kamikadze dronları ilə həyata keçirib:
“Bil Tsirkvada bir neçə partlayışla bağlı məlumat var. İlkin məlumatlara görə, şəhərə kamikadze pilotsuz uçuş aparatları hücum edib. Bu səbəbdən infrastruktur obyektlərində yanğınlar baş verir. Bir zərərçəkmiş var”.