Bakı -2˚C Intermittent clouds

Rusiya İrandan ballistik raketlər və çoxlu sayda kamikadze dronları alır

Gündəm 20:21 16 okt, 2022
Rusiya İrandan ballistik raketlər və çoxlu sayda kamikadze dronları alır

Qazet.az xəbər verir ki, “Washington Post” qəzetinin yazdığına görə, Ukrayna və Amerika rəsmiləri tərəfindən son günlərdə açıqlanan kəşfiyyat məlumatları bildirir ki, İran 300 və 700 kilometr məsafədəki hədəfləri vura bilən “Fateh-110” və “Zülfüqar” ballistik raket partiyasını Rusiyaya verməyə hazırlaşır.

Avropa rəsmilərinin bildirdiyinə görə, İran həmçinin Rusiyaya yeni dronlar, o cümlədən onlarla “Mohacer-6”  pilotsuz uçağı və daha çox “Şahid-136” kamikadze dronları göndərməyə hazırlaşır.